“Zəfər Yolu”nun inşası tamamlanmaq üzrədir VİDEO

Bakı, 3 sentyabr, RezonansPress.az
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən, dövlətimizin başçısı tərəfindən "Zəfər Yolu” adlandırılan avtomobil yolunun inşası tamamlanmaq üzrədir.
RezonansPress.az xəbər verir ki, tikintisinə 10 ay bundan öncə başlanılmış "Zəfər Yolu”nun sentyabr ayı ərzində 2 hərəkət zolaqlı olmaqla asfaltlanmasının yekunlaşdırılması planlaşdırılır.
Dövlətimizin başçısının tapşırığına əsasən, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən "Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə "Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.
Hazırda yol boyu son tamamlanma işləri icra edilir.
Belə ki, "Zəfər Yolu” boyu layihəyə uyğun olaraq artıq qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla və bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrdə layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilərək yekunlaşdırılıb.
Son mərhələ üzrə yolda asfaltlanma işləri aparılır ki, artıq 31 kilometrlik hissədə 2 lay, 61 kilometrlik hissədə isə 1 lay olmaqla ümumilikdə 92 kilometrlik hissə asfaltlanıb. Digər hissələrdə bu çərçivədə işlər davam etdirilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb. Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla yolun 26.9-cu, 37.2-ci, 37.5 və 57.3-cü kilometrlik hissələrində inşa edilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunub.
Bundan başqa layihə çərçivəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli 166 dairəvi boru və 11 düzbucaqlı su keçidi, həmçinin 120 kilometrə yaxın beton küvetlər tikilib, 82 drenaj quyusu qazılıb, 5.6 kilometr uzunluğunda müxtəlif diametrli drenaj borular çəkilib, 3.2 kilometr uzunluğunda istinad divarları və 9 yerdə yeraltı keçid inşa edilib.
İşin həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, "7 N-li Magistral Yolların İstismarı” MMC, "23 N-li Yol İstismarı” MMC və "43 N-li Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin "KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti, həmçinin "Azvirt” MMC və "Körpü Bina Tikinti” MMC birgə icra edir.
Tikinti işləri "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən "Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Bütün yollar Qarabağa aparır...
Xəbər lenti
-
12:59Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
-
11:42Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
-
10:13Rəmişin Gülüsü: Prezidentimiz İlham Əliyevə və birinci xanımımız Mehriban Əliyevaya qurban olum
-
11:05Argentinada Zəfər Günü ilə bağlı tədbir təşkil edilib
-
09:44“8 noyabr şanlı tariximizə, Qarabağ münaqişəsinə zəfərlərlə “NİDA!” qoyduğu gündür”
-
16:38Dövlət Komissiyasının fəaliyyətinin bir ilinin yekunları müzakirə edilib
-
14:20Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb
-
18:428 noyabr – Zəfər Günü ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI
-
14:49Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq
-
12:04Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq VİDEO
-
11:59Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər VİDEO
-
11:49“Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası istifadəyə verilib VİDEO
-
11:20Prezident İlham Əliyev Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlini qoyub VİDEO
-
11:10Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonundakı hərbi hissə kompleksində şəxsi heyət üçün bütün zəruri şərait yaradılıb VİDEO
-
13:01Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl Enerji Zonası”na dair konsepsiya hazırlanıb
-
12:52® İllik cəmi 14,44 faiz ilə nağd pul krediti “Rabitəbank”da mümkündür
-
12:41Oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günüdür
-
11:30Azərbaycanın bir sıra nazirləri, komitə və agentlik rəhbərləri “Rebuild Karabakh 2021” sərgisinə təbrik məktubları göndərib
-
11:24Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib VİDEO
-
11:16Azərbaycan əhalisinin sayı 10 milyon 145 min 81 nəfərə çatıb
-
11:11Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti arasında görüş keçirilib
-
11:08Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək prezident seçkilərini izləyəcəklər
-
09:01Vətən müharibəsinin xronikası: 20 oktyabr
-
03:49Azərbaycanın Braziliyadakı səfiri işğaldan azad olunmuş ərazilərdə yeni biznes imkanlarından danışıb
-
13:33Minsk Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
13:14“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
-
12:16Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:15Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:04Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
-
11:54Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib
-
10:22Laçında komanda-qərargah təlimi başlayıb
-
13:20Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
-
11:31Mayın 28-dən 18 oktyabra və 8 noyabra uzanan Zəfər yolu!
-
11:15Azərbaycanın Fransadakı səfiri Avropa Parlamentinin siyasi qruplarının üzvləri ilə görüşüb
-
09:14Kaliforniyanın ikinci ən böyük şəhərində oktyabrın 18-i Azərbaycan Günü elan olunub
-
09:06Vətən müharibəsinin xronikası: 14 oktyabr
-
13:19Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
-
12:39“Azərsu” informasiya və kommunikasiya texnologiyaları üçün proqram təminatlarını lisenziyalaşdıracaq
-
12:34“Bakcell” jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib
-
12:25Energetika naziri “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edir
Digər xəbərlər
-
İqtisadiyyat, Fotolar
“Bakcell” jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib
-
İqtisadiyyat, Fotolar
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 4 il keçir
-
İqtisadiyyat, Fotolar
“Zəfər Yolu”nun inşası tamamlanmaq üzrədir VİDEO
-
İqtisadiyyat, Fotolar
® “Kapital Bank” ipoteka və KOS yönümlü yenilənən “28 May” filialını istifadəyə verib
-
İqtisadiyyat, Fotolar
Bakıxanov qəsəbəsinin Bəşir Bünyadov küçəsi təmir edilir VİDEO
-
İqtisadiyyat, Fotolar
® “Rabitəbank” şəhid ailələrinə Qurban sovqatları paylayıb
-
İqtisadiyyat, Fotolar
“Bakı Metropoliteni” QSC: Paytaxta 20 yeni vaqon gətirilib
-
İqtisadiyyat, Fotolar
Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsindən 15 il ötür
-
İqtisadiyyat, Fotolar
Zəfər yolunun asfaltlanması işlərinə başlanılıb