Özbəkistanda prezident seçkilərinə vaxtından əvvəl səsvermə oktyabrın 14-dən 20-dək keçiriləcək

Özbəkistanda prezident seçkilərinə vaxtından əvvəl səsvermə oktyabrın 14-dən 20-dək keçiriləcək

Daşkənd, 6 oktyabr, RezonansPress.az


Özbəkistanda prezident seçkilərinə vaxtından əvvəl səsvermə oktyabrın 14-dən 20-dək keçiriləcək.

RezonansPress.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, vaxtından əvvəl səs vermək üçün vətəndaş yaşadığı ərazidə yerləşən seçki məntəqəsinə ərizə ilə müraciət etməli, seçki günü yaşayış yerində olmadığı təqdirdə onun səbəbini göstərməlidir.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev də daxil olmaqla, ölkədə fəaliyyət göstərən beş siyasi partiyanın liderləri və ya nümayəndələri iştirak edirlər.

Özbəkistan qanunlarına görə, vaxtından əvvəl seçkilər əsas seçkilərdən 10 gün əvvəl başlayır və 3 gün qalmış başa çatır.

Xatırladaq ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək.

Xəbər lenti