“YAŞAT” düşərgəsinin altıncı həftəsi başlayıb

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başlayıb

Bakı, 24 avqust, RezonansPress.az 


"YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT” düşərgəsinin altıncı həftəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ilkin olaraq açılış mərasimi və komanda ilə tanışlıq, ardınca isə psixoloji qrup oyunları təşkil edilib. Sonra iştirakçılar macəra parkurunda müxtəlif maneələri dəf edərək maraqlı vaxt keçiriblər. Günün sonunda uşaqlar stolüstü oyunlar oynayıblar.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin beşinci həftəsi şəhidlərimizin 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edir.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

İyulun 12-dən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları "Lankaran springs” otel, "PMD Hospitality”dir.

Sponsorlar "Elektron Hökumətin İnkişafı Mərkəzi”, "İnnovasiyalar Mərkəzi”, "PAŞA Bank", "PAŞA Həyat”, "Bravo”, "Nar”, "Gazelli Group”, "Rabitəbank”, "Turanbank”, "Decoria”, "AMO Group”, "Slavyanka”, "Azərsun”, "Shokki Mokki”, "Əli və Nino”, "Oven”, "Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), "Gənc Psixoloqlar” İctimai Birliyi, logistika dəstəyi Bakı Nəqliyyat Agentliyidir.

Xəbər lenti