UNESCO-nun sessiyasında Qoşulmama Hərəkatının qurum yanındakı qrupunun bəyanatı təqdim olunub

Paris, 13 oktyabr, RezonansPress.az
Qoşulmama Hərəkatı (QH) yarandığı gündən Bandunq prinsiplərinə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır. Beynəlxalq sistemin bu gün üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, qurumun suveren dövlətlərə qarşı Birtərəfli Məcburi Tədbirlərin tətbiqini qınayır. Qoşulmama Hərəkatı dövlətlərin suverenliyinə, ərazi birliyinə və bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, xarici işğal altında olan xalqların öz müqəddəratını təyin etmək hüququna riayət etməklə çoxtərəfli münasibətlər naminə müstəmləkə hakimiyyəti, zorakılığın qarşısının alınması, zorakılığın qarşısının alınmasının təşviqi kimi beynəlxalq hüquq, eləcə də BMT Nizamnaməsində təsbit olunan beynəlxalq münasibətlər prinsiplərinin gücləndirilməsini müdafiə etməkdə davam edəcək.
RezonansPress.az xəbər verir ki, bu fikirlər UNESCO-nun İcra Şurasının 212-ci sessiyası çərçivəsində Azərbaycanın qurumdakı daimi nümayəndəsi səfir Elman Abdullayevin ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun adından təqdim etdiyi bəyanatda yer alıb.
E.Abdullayev bildirib ki, Qoşulmama Hərəkatının Sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də COVID-19 pandemiyası ilə əlaqədar təşkil edilmiş BMT Baş Assambleyasının Xüsusi Sessiyası da daxil olmaqla, Hərəkat qlobal miqyaslı mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış etdiyi çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. Qoşulmama Hərəkatı UNESCO-nun fəaliyyət sahələrində COVID-19 pandemiyasının mənfi təsirlərini aradan qaldırmaq səylərini alqışlayır.
Hərəkata üzv dövlətlər və digər maraqlı tərəflər təhlükəsiz, keyfiyyətli, səmərəli, təsirli, əlçatan və əlverişli COVID-19 peyvəndlərinin ədalətli, şəffaf, bərabər, səmərəli, universal və vaxtında əldə edilməsini və paylanmasını və beynəlxalq əməkdaşlığı təmin etmək üçün müvafiq tədbirlər görməyə çağırır. Qoşulmama Hərəkatı məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün UNESCO və Qlobal Təhsil Koalisiyası tərəfdaşlarının fəaliyyətini yüksək qiymətləndirir. Təşkilat hökumətləri bütün şagirdləri məktəbə qaytarmağa və müəllimləri öyrənmə itkilərini həll etməyə, rəqəmsal texnologiyanın tədrisə tətbiqinə hazırlamağa kömək göstərmək üçün "Missiya: Təhsilin bərpası 2021" çərçivəsində UNESCO-nun qüvvələri birləşdirməsini yüksək qiymətləndirir.
Qoşulmama Hərəkatının üzv dövlətləri Dayanıqlı İnkişaf Məqsədlərinin keyfiyyətli təhsil üzrə 4-cü bəndi və davamlı inkişaf üçün dinc və əhatəli cəmiyyətlərin təşviqinə dair 16-cı bəndi, xüsusilə də zorakılığın qarşısının alınması, cinayətkarlıq və terrorizmə qarşı mübarizə üzrə milli təsisatların möhkəmləndirilməsinə dair 16A bəndinə uyğun gələn UNESCO-nun təhsil vasitəsilə Şiddətli Ekstremizmin qarşısının alınması istiqamətindəki səylərini alqışlayır.
Qoşulmama Hərəkatı insan hüquqlarının və əsas azadlıqların ciddi şəkildə pozulmasını təşkil edən, bərabər imkanlara mane olan hər cür irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya, birtərəfli məcburiyyət tədbirləri və hər cür dözümsüzlüyü qınadığını bir daha təsdiqləyir.
Vurğulanıb ki, Hərəkat 1954-cü il Haaqa Konvensiyasının və protokollarının prinsiplərinə uyğun olaraq, üzv dövlətlərin ərazilərində yerləşən bütün mədəni mülkiyyətin qorunması və silahlı münaqişə vəziyyətində mədəni sərvətlərin işğal olunmuş ərazilərdən çıxarılmasının qarşısını almaq öhdəliyini bir daha təkrarlayır.
Qoşulmama Hərəkatına üzv dövlətlər Mədəni sərvətlərin qorunmasına dair 1970-ci il Konvensiyasının BMT-nin üzv dövlətləri tərəfindən mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun tranzitinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında Konvensiyanın müddəalarının yerinə yetirilməməsi problemi ilə əlaqədar ciddi narahatlığını ifadə edir, UNESCO-nun Katibliyini 1970-ci il UNESCO Konvensiyasına və BMT Təhlükəsizlik Şurasının 2199 (2015), 2347 (2017) saylı qətnamələri və Baş Assambleyasının 73/130 saylı qətnaməsinə uyğun olaraq, dövlətlərin milli irsi və kimliyinə qarşı qanunsuz cinayətləri sərt pisləmək üçün onların səsinə qoşulmağa çağırır.
Həmçinin Qoşulmama Hərəkatı UNESCO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair beynəlxalq ictimaiyyətə mühüm töhfəsi olan "Qeyri -maddi mədəni irsin qorunması” haqqındakı Konvensiyasına, eləcə də dövlətlərin nəsildən-nəslə ötürülən, sülhün, tolerantlığın, birgə yaşayışın, insan hüquqlarına hörmətin, xalqların kimliyinin və mədəni müxtəlifliyinin təşviqi vasitəsi kimi mədəni təzahürlərinin etibarlılığını təmin etməyə sadiqliyini bildirir.
Qoşulmama Hərəkatı Ümumdünya Mədəni Müxtəliflik Bəyannaməsi, Fəaliyyət Planı və "Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” çərçivəsində beynəlxalq ictimaiyyətə böyük töhfə olan UNESCO-nun "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyasının əhəmiyyətini bir daha təsdiqləyir.
Təşkilat UNESCO-nu Afrika və Gender Bərabərliyi mövzusunda qlobal prioritetlərini davam etdirməyə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə üstünlük verməyə çağırır.
Qoşulmama Hərəkatı beynəlxalq ictimaiyyəti İsrailə UNESCO konvensiyaları da daxil olmaqla, beynəlxalq qanunlar çərçivəsində öhdəliklərini xatırlatmağa çağırır. Hərəkat işğal altında olan ərəb ərazilərində ədalətin və təhsil və mədəni hüquqlar da daxil olmaqla, əsas hüquqların həyata keçirilməsinə, habelə paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin dövlətində Fələstin xalqının qanuni milli istəklərinin reallaşdırılmasına çağırışını təkrarlayır.
Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatı Haitinin Cənub departamentində 2000-dən çox insanın ölümünə səbəb olan dəhşətli zəlzələdən sonra Haiti xalqı ilə həmrəy olduğunu bildirir. Hərəkat zəlzələdən sonra şagirdlərin təhsillərini davam etdirə bilməsinə uyğun məktəb strukturları təmin etmək üçün UNESCO-nu Haitidə təcili tədbirlər görməyə çağırır.
Sonda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Azərbaycan və Serbiya tərəfindən 2021-ci il oktyabrın 11-12-də Belqradda təşkil edilmiş Yüksək Səviyyəli Xatirə Toplantısı alqışlanıb.
Xəbər lenti
-
12:59Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
-
11:42Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
-
10:13Rəmişin Gülüsü: Prezidentimiz İlham Əliyevə və birinci xanımımız Mehriban Əliyevaya qurban olum
-
11:05Argentinada Zəfər Günü ilə bağlı tədbir təşkil edilib
-
09:44“8 noyabr şanlı tariximizə, Qarabağ münaqişəsinə zəfərlərlə “NİDA!” qoyduğu gündür”
-
16:38Dövlət Komissiyasının fəaliyyətinin bir ilinin yekunları müzakirə edilib
-
14:20Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb
-
18:428 noyabr – Zəfər Günü ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI
-
14:49Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq
-
12:04Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq VİDEO
-
11:59Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər VİDEO
-
11:49“Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası istifadəyə verilib VİDEO
-
11:20Prezident İlham Əliyev Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlini qoyub VİDEO
-
11:10Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonundakı hərbi hissə kompleksində şəxsi heyət üçün bütün zəruri şərait yaradılıb VİDEO
-
13:01Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl Enerji Zonası”na dair konsepsiya hazırlanıb
-
12:52® İllik cəmi 14,44 faiz ilə nağd pul krediti “Rabitəbank”da mümkündür
-
12:41Oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günüdür
-
11:30Azərbaycanın bir sıra nazirləri, komitə və agentlik rəhbərləri “Rebuild Karabakh 2021” sərgisinə təbrik məktubları göndərib
-
11:24Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib VİDEO
-
11:16Azərbaycan əhalisinin sayı 10 milyon 145 min 81 nəfərə çatıb
-
11:11Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti arasında görüş keçirilib
-
11:08Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək prezident seçkilərini izləyəcəklər
-
09:01Vətən müharibəsinin xronikası: 20 oktyabr
-
03:49Azərbaycanın Braziliyadakı səfiri işğaldan azad olunmuş ərazilərdə yeni biznes imkanlarından danışıb
-
13:33Minsk Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
13:14“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
-
12:16Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:15Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:04Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
-
11:54Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib
-
10:22Laçında komanda-qərargah təlimi başlayıb
-
13:20Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
-
11:31Mayın 28-dən 18 oktyabra və 8 noyabra uzanan Zəfər yolu!
-
11:15Azərbaycanın Fransadakı səfiri Avropa Parlamentinin siyasi qruplarının üzvləri ilə görüşüb
-
09:14Kaliforniyanın ikinci ən böyük şəhərində oktyabrın 18-i Azərbaycan Günü elan olunub
-
09:06Vətən müharibəsinin xronikası: 14 oktyabr
-
13:19Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
-
12:39“Azərsu” informasiya və kommunikasiya texnologiyaları üçün proqram təminatlarını lisenziyalaşdıracaq
-
12:34“Bakcell” jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib
-
12:25Energetika naziri “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edir
Digər xəbərlər
-
Siyasət, Fotolar
Vətən müharibəsinin xronikası: 14 oktyabr
-
Siyasət, Fotolar
UNESCO-nun sessiyasında Qoşulmama Hərəkatının qurum yanındakı qrupunun bəyanatı təqdim olunub
-
Siyasət, Fotolar
Türkiyənin ətraf mühit və şəhərsalma naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
-
Siyasət, Fotolar
Vətən müharibəsinin xronikası: 12 oktyabr
-
Siyasət, Fotolar
"Bu, onun gözəl Qarabağa vurğunluğundan, sevgisindən irəli gəlir" - Milli Qəhrəman
-
Siyasət, Fotolar
Mühəndis-istehkam qoşunlarının hazırlığı yoxlanılıb VİDEO
-
Siyasət, Fotolar
Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Baş naziri Eduard Heger ilə görüşüb
-
Siyasət, Fotolar
Vətən müharibəsinin xronikası: 8 oktyabr
-
Siyasət, Fotolar
Vətən müharibəsinin xronikası: 7 oktyabr