Türkiyənin daxili işlər naziri istefa verdi: “Bu hadisələr mükəmməl idarə olunan prosesə yaraşmadı”

Türkiyənin daxili işlər naziri istefa verdi: “Bu hadisələr mükəmməl idarə olunan prosesə yaraşmadı”

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa verib.

Bu qərarını həftəsonu küçəyə çıxmaq qadağası və bu qadağadan sonra ölkədə yaranmış xaos vəziyyəti ilə əlaqələndirib.

"Əzm və məsuliyyətlə davam etdirdiyimiz bir prosesdə tamamilə yoluxmanın qarşısını almaq məqsədilə tətbiq olunan həftəsonu küçəyə çıxmamaq qərarı şəxsimə aiddir. Yaşanan hadisələr və ortaya çıxan görüntülər mükəmməl idarə olunan prosesə yaraşmadı.

Heç bir zaman zərər vermək istəmədiyim Əziz Millətim və həmişə sadiq olacağım cənab prezidentimizdən üzr istəyirəm. Qürurla daşıdığım Daxili İşlər naziri vəzifsindən istefa verirəm. Allah millətimizi qorusun”, - deyə Soylu bildirib.

 Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən istefası qəbul edilməyən Daxili İşlər naziri vəzifəsini davam etdirir.

Xəbər lenti