Türkiyə xarici işlər nazirindən Azərbaycan paylaşımı: “Tək millət, tək ürək, Azərbaycan - Türkiyə!”

Türkiyə xarici işlər nazirindən Azərbaycan paylaşımı: “Tək millət, tək ürək, Azərbaycan - Türkiyə!”

Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu "Twitter” hesabından Azərbaycanla bağlı paylaşım edib.

Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə bayrağının əks olunmasına münasibət bildirib: "Tək millət, tək ürək, Azərbaycan-Türkiyə! #BirliktəYeneceğiz”.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Əlavə olaraq bildirək ki, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən hər bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

Xəbər lenti