Türkiyə səfiri: “ Tək millət ,İki dövlət” şüarı ilə çalışırıq...

Türkiyə səfiri: “ Tək millət ,İki dövlət” şüarı ilə çalışırıq...
Azərbaycanın Milli qəhrəmanı İbad Hüseynov Azərbaycanda fəaliyyətə başlamış  Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçını məqamında  ziyarət etdi.
 

İlk dəfə 2008-ci ildə millət vəkili kimi Azərbaycanda olan və səfir təyin olana qədər bir neçə dəfə həm millət vəkili, həm də rəsmi vəzifələri sırasında Azərbaycana gəlmiş Cahit  Bağçı fəaliyyətə başlayanda çətinlik çəkmədiyini bildirdi. Azərbaycan yad yer deyil, biz özümüzü öz evimizdə hiss edirik.
Türkiyə və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsindən danışan səfir hər sahədə münasibətlərin inkişaf etdirilməsinin  vacibliyini qeyd etdi. Bu gün Azərbaycan qalib bir dövlət olaraq beynəlxalq  miqyasında tanınır. Artıq Ermənistanın işğalına son qoyulub, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın Prezidenti İlham Əliyev bu istiqamətdə işlər görməkdədir. Bir millət, iki dövlət olaraq  qardaşlığımız,  dostluğumuz  əbədidir.
 

Milli qəhrəman İbad Hüseynov Türkiyənin   səfiri Cahit Bağçıya səmimi görüş üçün təşəkkürünü bildirdi. Türkiyə Azərbaycanın böyük qardaşıdır deyərək Türkiyənin Azərbaycana göstərdiyi diqqəti, mənəvi   dəstəyi və Prezidentlərimizin rəsmiyyətdən  kənar səmimi bir dostluq, qardaşlıq   zəminində davam edən münasibətlərindən  danışdı. Milli qəhrəman Türkiyənin Ankara, Qaziantep, Kırşehir, Adana şəhərlərində   adına verilmiş park  və küçələrdən danışdı. Sonda Türkiyə Prezidentinin baş məsləhətçilərindən olan, keçmiş mədəniyyət   naziri Yalçın TOPÇUnun sözləri  ilə "Bütün  Türkdilli dövlətlər qardaşdır, Azərbaycan-Türkiyə isə əkiz qardaşdır” deyimini  xatırladaraq Türkiyə  və Azərbaycanın   sarsılmaz  dostluğundan  danışdı. Görüşün  sonunda səfir Cahit Bağçı Milli qəhrəman İbad Hüseynova üzərində Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu və Ulu Öndərin dediyi "Bir millət, iki  dövlət”   sözləri yazılmış şərf bağışladı.
Sonda xatirə şəkilləri çəkildi.
G. B
RezonansPress.az
 

Xəbər lenti