Tunis Prezidenti Baş naziri vəzifəsindən azad edib və parlamentin fəaliyyətini dayandırıb

Tunis Prezidenti Baş naziri vəzifəsindən azad edib və parlamentin fəaliyyətini dayandırıb

Qahirə, 26 iyul, RezonansPress.az 


Tunisdə dərin siyasi böhran başlayıb. Ölkə Prezidenti Kais Said Baş nazir Hiçam Mediçini istefaya göndərib, həmçinin parlamentin fəaliyyətinin dayandırılması və deputatların toxunulmazlığının qaldırılması barədə sərəncam imzalayıb.

RezonansPress.az xəbər verir ki, iyulun 25-də Tunisin bütün şəhərlərində dərin sosial-iqtisadi böhran və COVID-19 pandemiyasının kəskin artması geniş iğtişaşlara səbəb olub. Qəzəblənən kütlə polis əməkdaşlarına xəsarət yetirib və Tunisin Ennahda İslam Partiyasının qərargahlarına hücum edib. Etirazçılar bu partiyanı 2011-ci ildən bəri ölkədə baş verən iqtisadi tənəzzül və siyasi böhranda ittiham edirlər.

Kais Said yeni Baş nazir təyin edilənə qədər hökumətin səlahiyyətlərini öz üzərinə götürdüyünü bəyan edib.

Xəbər lenti