Təhsil işçiləri təltif olunub

Təhsil işçiləri təltif olunub

Bakı, 8 oktyabr, RezonansPress.az 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri təltif edilib.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, uzun müddətli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatan əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərləri və 2021-ci ildə yubileyi olan direktor müavinlərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Təltifetmə mərasimində BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, İdarənin Həmkarlar İttifaqı Komitəsinin sədri, məktəb rəhbərləri və direktor müavinləri iştirak ediblər.

Tədbirdə respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərən müəllimlərin əməyindən, təmənnasız xidmətlərindən söhbət açılıb. Bildirilib ki, şanlı zəfərimizin qazanılmasında böyük qəhrəmanlıq göstərən əsgərlərimizin vətənpərvərlik ruhunda formalaşmasında valideynləri ilə bərabər müəllimlərin də rolu danılmazdır.

Çıxış edən məktəb rəhbərləri və direktor müavinləri ölkəmizin gələcək inkişafı üçün yüksək təhsilli və savadlı gənclər yetişdirmək yolunda bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Xəbər lenti