Tehranda İsveçrə səfirliyinin qadın əməkdaşı həlak olub

Tehranda İsveçrə səfirliyinin qadın əməkdaşı həlak olub

Bakı, 4 may, RezonansPress.az


ABŞ-ın İranda maraqlarını təmsil edən İsveçrə səfirliyinin qadın əməkdaşı Tehranda hündür binadan düşərək həlak olub.

RezonansPress.az xəbər verir ki, bu barədə Mehr informasiya agentliyi təcili xidmətlərin nümayəndəsinə istinadla məlumat yayıb. Bildirilir ki, 51 yaşlı qadın diplomat səfirliyin birinci katibi vəzifəsində çalışırdı və ABŞ-ın maraqlarını təmsil edirdi.

Hələlik diplomatın ölümünün bədbəxt hadisə, yaxud intihar olduğu məlum deyil.

İsveçrə İranda ABŞ-ın maraqlarını Tehran Vaşinqtonla diplomatik münasibətləri dayandırdıqdan sonra təmsil etməyə başlayıb.

Xəbər lenti