Şuşada Ramazan bayramının namazı QILINACAQ

Şuşada Ramazan bayramının namazı QILINACAQ
Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramının namazı qılınacaq. 
 
Bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq.
 
29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq.
 
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-i və 13-ü "Xarı bülbül” musiqi festivalı keçirilir.

Xəbər lenti