Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskidən

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə tərəqqi və xalqınıza rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Şimali Makedoniya Respublikasının ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri və əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğunu bildirirəm.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırır, Sizə xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Stevo Pendarovski

Şimali Makedoniya Respublikasının Prezidenti

Xəbər lenti