Sidneydə lokdaun avqustun 28-dək uzadılıb

Sidneydə lokdaun avqustun 28-dək uzadılıb

Bakı, 28 iyul, RezonansPress.az 


Avstraliyanın Yeni Cənubi Uels ştatının hakimiyyət orqanları ştatın paytaxtı Sidneydə və şəhər ətrafında lokdaunun daha bir ay - avqustun 28-dək uzadıldığını elan edib.

RezonansPress.az Avstraliya KİV-lərinə istinadla xəbər verir ki, bundan əvvəl ştatın Baş naziri Qledis Beredjiklyan COVID-19 infeksiyasının yayılması səbəbindən bütün Sidneydə və ətraf ərazilərdə lokdaun tətbiq edib. Karantin rayonlarının sakinlərinə lokdaun müddətində yalnız işə və ya dərsə getmək, zəruri alışlar etmək, idmanla məşğul olmaq və doğmalarına kömək göstərmək üçün evdən çıxmağa icazə verilir. Sidney sakinləri evlərindən 10 kilometrdən uzaqda yerləşən mağazalara gedə bilməzlər.

Lokdaun barədə qərarın vaksinasiya tempinin aşağı olması nəzərə alınaraq verildiyi bildirilir. Bununla yanaşı, hakimiyyət orqanları vətəndaşları bir daha peyvənd olunmağa çağırıblar.

Son məlumata görə, pandemiyanın başlanğıcından bəri ştatda COVID-19 virusuna 8,7 milyondan çox yoluxma qeydə alınıb, 67 nəfər həyatını itirib.

Xəbər lenti