Sədaqət Vəliyeva: Kəbədə Qarabağın azadlığı üçün dua edən, Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə hədiyyə edən Prezident və xanımı tarixi-mənəvi nümunə təqdim etdilər

Sədaqət Vəliyeva: Kəbədə Qarabağın azadlığı üçün dua edən, Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə hədiyyə edən Prezident və xanımı tarixi-mənəvi nümunə təqdim etdilər
"Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın işğaldan azad olunmuş Ağdam rayonuna səfəri çərçivəsində Ağdam məscidini ziyarət etməsi bir sıra məqamlar baxımından mənəvi və siyasi mesaj oldu. Birincisi, Ermənistan Qarabağda mövcud olan 67 məsciddən 63-ünü tamamilə yerlə-yeksan edib. Məhz Ağdam məscidi dağıdılmamış və beynəlxalq təzyiq hesabına sadəcə divarları da olsa, salamat qalmış 4 məsciddən biridir. İkincisi, Ağdam məscidi 1992-ci ildə Xocalı soyqırımında sağ qalan xocalılıların ümid, pənah yerinə çevrilən məkan idi. Üçüncüsü, Ağdam məscidini ziyarət zamanı yaşanmış tarixi anlar dini-mədəni dəyərlərimizə sahibliyimizi bir daha isbatladı. Dördüncüsü, məscidlərimizdə donuz saxlayan, müqəddəs dini ocaqlarımızı təhqir edən Ermənistanın barbarlıq və vandalizm əməllərinə baxmayaraq, bu ölkə ilə isti münasibətlər qurmaq istəyən müsəlman ölkələrinə ermənilərin əsil simasını, xislətini nümayiş etdirdi. Beşincisi, bütün dünya əyani şəkildə gördü ki, Ermənistan İslam dini abidələrinə hücum etməklə barbarlığı, vandalizmi milli ideologiyaya çevirib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Kəbədə Qarabağın azadlığı üçün dua edən, Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə hədiyyə edən, erməni vandalizminin şahidi olmuş məsciddə ayaqyalın gəzən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tarixi-mənəvi nümunə təqdim etdilər: "Cənab İlham Əliyev 4 dəfə Məkkədə ümrə ziyarətində olub. Məhz Ağdam məscidi qarşısında çıxış edərkən etiraf etdi ki, Məkkədə ümrə ziyarətində olarkən, Kəbədə namaz qılarkən birinci duası torpaqlarımızın işğaldan azad edilməsi olub. Ali Baş Komandan xoşbəxt insan kimi etiraf edir ki, Allah ona istədiyi gücü verib və xalqla birlikdə 30 ilə yaxındır işğal altında olan tarixi torpaqlarımızı azad edib”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, dini-mənəvi dəyərlərə yüksək diqqətlə yanaşan bir Prezidentin dövlət başçısı olduğu multikultural Azərbaycana indi də iftira atırlar ki, guya işğaldan azad olunan ərazilərdəki kilsələr, xristian dininə məxsus abidələr təhlükə altındadır: "Çox maraqlıdır ki, Azərbaycanı qondarma məsələlərdə ittiham edənlər nədənsə, Ermənistanın İslam dini abidələrini, məscidləri təhqir edərkən, dağıdarkən, talan edərkən səsləri çıxmırdı? Yaxud da, Azərbaycana iftira atanlar məgər bilmirlərmi ki, Azərbaycan Prezidentinin, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı "Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi, Vatikanda yerləşən Müqəddəs Sebastian katakombaları, Müqəddəs Marçellinio və Pietro katakombaları, Bakıdakı Pravoslav kilsəsi, Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi, "Cotari” Alban-udi kilsəsi əsaslı şəkildə bərpa edilib? Görmürlərmi ki, Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi Azərbaycan Resbuplikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ucaldılıb? Eşitməyiblərmi ki, Heydər Əliyev Fondu Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edib? Axı bütün dünya bilir ki, Bakıda yaşayan yəhudi uşaqları üçün "Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa edilib. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilib. Bu cür faktlar ortada olarkən Azərbaycanı hansı məntiqlə şərləmək olar? Çox maraqlıdır ki, Azərbaycanın xristian abidələrinin bərpasına verdiyi töhfələr məhz bu gün ölkəmizi absurd iddia ilə ittiham edən siyasətçilərin və ictimai xadimlərin dövlətlərinə aiddir. Həm də çox ilgincdir ki, onlar Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirilin, Roma Papası Fransiskin Bakıda olarkən Azərbaycanı tolerantlıq, multikulturalizm məkanı kimi dəyərləndirmələrini də eşitməyiblərmi? Ümumən, təhlillər onu göstərir ki, bu gün erməni lobbisinin təsirində olan bəzi siyasətçilər və ictimai xadimlər əslində xristian abidələrinin taleyi ilə maraqlanmırlar. Onlar sadəcə Ermənistanın tarixi məğlubiyyətini həzm edə bilmirlər və bu səbəbdən də qisas məqsədilə şər, böhtan atırlar. Yaxşı olar ki, həmin qruplar Ermənistanın Azərbaycana qarşı törətdiyi mədəni, ekoloji terroruna, qətliamlarına, soyqırımılarına diqqət etsinlər, həqiqəti görsünlər”.
RezonansPress.az
Xəbər lenti
-
12:59Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
-
11:42Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
-
10:13Rəmişin Gülüsü: Prezidentimiz İlham Əliyevə və birinci xanımımız Mehriban Əliyevaya qurban olum
-
11:05Argentinada Zəfər Günü ilə bağlı tədbir təşkil edilib
-
09:44“8 noyabr şanlı tariximizə, Qarabağ münaqişəsinə zəfərlərlə “NİDA!” qoyduğu gündür”
-
16:38Dövlət Komissiyasının fəaliyyətinin bir ilinin yekunları müzakirə edilib
-
14:20Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb
-
18:428 noyabr – Zəfər Günü ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI
-
14:49Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq
-
12:04Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq VİDEO
-
11:59Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər VİDEO
-
11:49“Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası istifadəyə verilib VİDEO
-
11:20Prezident İlham Əliyev Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlini qoyub VİDEO
-
11:10Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonundakı hərbi hissə kompleksində şəxsi heyət üçün bütün zəruri şərait yaradılıb VİDEO
-
13:01Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl Enerji Zonası”na dair konsepsiya hazırlanıb
-
12:52® İllik cəmi 14,44 faiz ilə nağd pul krediti “Rabitəbank”da mümkündür
-
12:41Oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günüdür
-
11:30Azərbaycanın bir sıra nazirləri, komitə və agentlik rəhbərləri “Rebuild Karabakh 2021” sərgisinə təbrik məktubları göndərib
-
11:24Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib VİDEO
-
11:16Azərbaycan əhalisinin sayı 10 milyon 145 min 81 nəfərə çatıb
-
11:11Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti arasında görüş keçirilib
-
11:08Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək prezident seçkilərini izləyəcəklər
-
09:01Vətən müharibəsinin xronikası: 20 oktyabr
-
03:49Azərbaycanın Braziliyadakı səfiri işğaldan azad olunmuş ərazilərdə yeni biznes imkanlarından danışıb
-
13:33Minsk Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
13:14“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
-
12:16Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:15Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:04Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
-
11:54Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib
-
10:22Laçında komanda-qərargah təlimi başlayıb
-
13:20Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
-
11:31Mayın 28-dən 18 oktyabra və 8 noyabra uzanan Zəfər yolu!
-
11:15Azərbaycanın Fransadakı səfiri Avropa Parlamentinin siyasi qruplarının üzvləri ilə görüşüb
-
09:14Kaliforniyanın ikinci ən böyük şəhərində oktyabrın 18-i Azərbaycan Günü elan olunub
-
09:06Vətən müharibəsinin xronikası: 14 oktyabr
-
13:19Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
-
12:39“Azərsu” informasiya və kommunikasiya texnologiyaları üçün proqram təminatlarını lisenziyalaşdıracaq
-
12:34“Bakcell” jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib
-
12:25Energetika naziri “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edir
Digər xəbərlər
-
Cəmiyyət, Siyasət
Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
-
Cəmiyyət, Siyasət
Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
-
Cəmiyyət, Siyasət
“8 noyabr şanlı tariximizə, Qarabağ münaqişəsinə zəfərlərlə “NİDA!” qoyduğu gündür”
-
Cəmiyyət, Siyasət, Mədəniyyət
Türkiyə səfiri: “ Tək millət ,İki dövlət” şüarı ilə çalışırıq...
-
Cəmiyyət, Siyasət
DTX rəisi Əli Nağıyev: “Kiber düşərgə - 2021” gənclərimizin gələcəkdə kibertəhlükəsizlik üzrə mütəxəssis kimi formalaşmasında önəmli rol oynayacaq.
-
Cəmiyyət, Siyasət
Şuşada Ramazan bayramının namazı QILINACAQ
-
Cəmiyyət, Siyasət
Bu gün Şuşada "Xarıbülbül" musiqi festivalı başlayır
-
Cəmiyyət, Siyasət
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəislərinə general-polkovnik ali hərbi rütbəsi verilib
-
Cəmiyyət, Siyasət
Sədaqət Vəliyeva: Kəbədə Qarabağın azadlığı üçün dua edən, Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə hədiyyə edən Prezident və xanımı tarixi-mənəvi nümunə təqdim etdilər