Rusiya Dövlət Dumasına seçkilərin birinci günüdür

Rusiya Dövlət Dumasına seçkilərin birinci günüdür

Moskva, 17 sentyabr, RezonansPress.az


Bu gün Rusiya Dövlət Dumasına seçkilər başlanır.

RezonansPress.az xəbər verir ki, sentyabrın 17-dən 19-dək ölkə vətəndaşları VIII çağırış Dövlət Dumasının deputatlarını, 9 subyektin başçılarını və 39 regional parlamentlərin üzvlərini seçəcəklər. Eyni zamanda, paralel olaraq bələdiyyə seçkiləri də keçiriləcək.

İndiyədək artıq 25 mindən çox Moskva sakini seçkilərdə distant səs verib.

Rusiya Dövlət Duması 5 il müddətinə qarışıq seçki sistemi üzrə deputatların 225 nəfəri partiya siyahıları, 225 nəfəri isə təkmandatlı dairələrdən seçilir. Bu il 14 partiya öz namizədini irəli sürüb.

Seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan 250 beynəlxalq müşahidəçi iştirak edir.

Xəbər lenti