Rəşad Nəbiyev: Kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq

Rəşad Nəbiyev: Kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq

Bakı, 23 iyul, RezonansPress.az


Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişafı çox əhəmiyyətlidir. Dövlət başçılarının mütəmadi görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Bugünkü tədbir sabaha ümid verir.

RezonansPress.az xəbər verir ki, bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev iyulun 23-də Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, ölkələrimiz nəqliyyat, yükdaşımada müştərək əməkdaşlıq edir. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq.

Onun sözlərinə görə, Rusiya şirkətlərinin təcrübəsindən yararlanmaq Azərbaycanın da xeyrinədir və çox səmərə verəcək.

Xəbər lenti