Regionlarda yeni KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

Regionlarda yeni KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

Bakı, 27 iyul, RezonansPress.az 


Ölkə regionlarında fəaliyyət göstərən biznes subyektlərinin və öz biznesini qurmaq istəyən potensial sahibkarların bilik və bacarıqlarının artırılması üçün KOB inkişaf mərkəzlərinin (KOBİM-lər) coğrafiyası genişləndirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, yeni KOB inkişaf mərkəzlərinin ünvanları və digər əlaqə vasitələri barədə məlumatı KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/kob-inkisafi-merkezleri) və ya mərkəzlərin vahid internet səhifəsindən – http://www.kobim.az  əldə etmək olar.

KOBİA-nın strukturuna daxil olan KOBİM-lər sahibkarlara biznesyönümlü təlim və məsləhət xidmətləri göstərir, KOB-ların şəbəkələşməsinə, biznes üçün mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də KOBİA-nın dəstək alətləri barədə məlumatlandırmanı təmin edir. Müxtəlif bölgələrdə sahibkarlıq fəaliyyətinə maraq göstərən və bu istiqamətdə məsləhət xidməti və təlimlərə ehtiyacı olan potensial sahibkarlar, o cümlədən qadınlar, biznes ideyası olan gənclər və ailə biznesini qurmaq istəyənlər, eləcə də bizneslərini inkişaf etdirmək istəyən KOB-lar mərkəzlərin dəstək və xidmətlərlərindən yararlana bilərlər.

KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbər lenti