“Qərbi Azəri” platformasında hasilat bərpa edilib

“Qərbi Azəri” platformasında hasilat bərpa edilib

Bakı, 6 may, RezonansPress.az 


"Qərbi Azəri” platformasında profilaktik işlər başa çatıb.

"BP Azerbaijan” şirkətindən bildirilib ki, "Qərbi Azəri” platformasında bu il aprel ayının 22-də başlanmış 15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb. Proqramda nəzərdə tutulmuş bütün işlər - inspeksiya və layihə işləri vaxtından əvvəl – mayın 4-də uğurla tamamlanıb və platformadan hasilat başlanıb. Hazırda hasilatın tədricən normal səviyyəyə çatdırılması plan üzrə davam edir.

Xəbər lenti