Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR

Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov dünən hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində aparılan program çərçivəsində, Azərbaycan Respublikasının Polis Akademiyasına dəvət edilib.
 
Akademiyanın rəhbərliyi və müdavimləri tərəfindən ehtiramla qarşılanan qəhrəmanın tədbirdə iştirakı yüksək coşquya səbəb olub. 
 
Milli Qəhrəman tədbirdə çıxış edib:
"Müstəqilliyimizin bərpasında, dinc əsayişin qorunmasında, I və II Qarabağ savaşında Azərbaycan polisinin atdığı fədakar addımlar yalnız alqışa layiqdir. Hələ Milli Ordu yaranmazdan öncə müharibənin əvvəlində vətəndaşlarımızın müdafiəsini təşkil edən Azərbaycan polisi ilk zərbənin öz üzərinə götürdü. Mən şəxsən yaralanan və şəhid olan polislərimizin igidliyinin canlı şahidiyəm. Polislərimiz təkcə post-patrul xidmədi ilə  kifayətlənməyərək, mənimlə birlikdə ən çətin kəşfiyyat əməliyyatlarında iştirak etmişlər. 44 günlük vətən müharibəsindəAzərbaycan polisinin arxa cəphədə apardığı işlər təqdirəlayiqdir. Bu, əsl polis - xalq vəhdətinin yaranmasının bariz nümunəsi idi. İşğaldan azad edilmiş ərazilərdə sabitliyin qorunması DİN - ə tapşırılıb. Bu isə, möhtərəm prezidentin bu hərbiləşdirilmiş stuktrura olan etimadının nəticəsidir". 
   
Milli Qəhrəman son illər polis sıralarında keyfiyyət baxımından struktur və kadr dəyişikliyini də yüksək qiymətləndirdi. 
   
Tədbirin ən maraqlı hissəsi isə gənc müdavimlərin İbad Hüseynova ünvanlandırdıqları suallar olub. Əsasən döyüş epizodlarına həsr edilmiş sulları cavabındıran Milli Qəhrəman öz xatirələrini gənclərlə bölüşüb. Mili Qəhrəmanla canlı təmasda olmaq gələcək əsayiş keşikçilərimizin vətənpərvər ruhda formalaşmasında şübhəsiz müəyyən izlər buraxacaq.


Xəbər lenti