Paris məhkəməsi Nikola Sarkozini bir il həbs cəzasına məhkum edib

Paris məhkəməsi Nikola Sarkozini bir il həbs cəzasına məhkum edib

Bakı, 30 sentyabr, RezonansPress.az 


Paris islah məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2012-ci ildə seçkiqabağı kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə təqsirkar bilib. O, cəzasını elektron müşahidə altında evdə oturmaqla çəkəcək.

RezonansPress.az BFM TV telekanalına istinadla xəbər verir ki, Sarkozi yekun iclasa gəlmədiyi üçün hökm onun iştirakı olmadan çıxarılıb.

Məhkəmə hesab edib ki, xərclərin qanunla müəyyənləşdirilən limitini ötməsinə baxmayaraq, Nikola Sarkozi seçkiqabağı mitinqləri davam etdirib. Beləliklə, kampaniyaya qanunda nəzərdə tutulan 22 milyon avro əvəzinə 42 milyon avrodan çox pul xərclənib.

Xəbər lenti