Nizami rayonunda şəhid ailələri görüşlər davam etdirilir

Nizami rayonunda şəhid ailələri görüşlər davam etdirilir

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Missiya Media Qrupunun birgə təşəbbüsü ilə 44 günlük Vətən müharibəsinin ildönümü ərəfəsində şəhid ailələrini ziyarət tədbirləri davam etdirilməkdədir.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Vətən müharibəsində şəhid olmuş Samir Xəlilinin, Toğrul İsayevin, Vüqar Cəfərovun ailələri görüşüb, qayğıları ilə maraqlanıb, şəhidlərimizin ildönümü mərasimlərinin keçirilməsinə köməklik olunub.

Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbçilərin ailələrinin, Qarabağ müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir.

Şəhidlərin doğmaları da onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Nizami rayonunda şəhid ailələri görüşlər davam etdirilir.

Xəbər lenti