Mustafa Şentop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

Mustafa Şentop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

Bakı, 28 iyul, RezonansPress.az 


Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir. Bu sənəd qardaş dövlətlərimiz arasında, eyni zamanda, yol xəritəsidir.

RezonansPress.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop iyulun 28-də keçirdiyi mətbuat konfransında deyib. "Şuşa bəyannaməsi ölkələrimiz arasında münasibətlərin daha da inkişafına böyük töhfə verəcək. Bu baxımdan sənədin böyük tarixi əhəmiyyəti var", - deyə TBMM-in sədri qeyd edib.

Xəbər lenti