Mustafa Şentop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır

Mustafa Şentop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır

Bakı, 28 iyul, RezonansPress.az 


Ermənistanın təcavüzkar siyasəti yeni deyil. Biz bu siyasəti həmişə müşahidə etmişik. Son günlər Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar da bunun bariz nümunəsidir.

RezonansPress.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop iyulun 28-də keçirdiyi mətbuat konfransında deyib. "Bu kimi davranışlar davam etdiyi müddətdə bölgədə sülhün bərqərar olması mümkün deyil. Buna görə də Ermənistan öz hərəkətlərini yenidən nəzərdən keçirməli və törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır", - deyə TBMM-in sədri qeyd edib.

Xəbər lenti