Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb

Bakı, 17 may, RezonansPress.az 


Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, mayın 5-dən 16-dək davam edən bu mərhələdə 13 min 105 nəfər müraciət edib. Onlardan 8 min 441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib.

Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək.

Xəbər lenti