Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və İkinci Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və İkinci Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 27 sentyabr, RezonansPress.az 


Vətən müharibəsinin ildönümü münasibətilə sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad olunub.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Xəbər lenti