Minsk Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Minsk Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Kiyev, 19 oktyabr, RezonansPress.az 


Oktyabrın 18-də Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

RezonansPress.az xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümü münasibətilə təşkil olunub.

Axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb və videoproyeksiya edilib.

Videogörüntü şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti