Milli Kitabxanada “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Bakı, 18 iyun, RezonansPress.az 


Bu gün – 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü kimi təsis edilmişdir.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "18 İyun – Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.

Xəbər lenti