Litva mətbuatı ölkənin xarici işlər nazirinin Azərbaycanda keçirdiyi görüşlərdən yazıb

Litva mətbuatı ölkənin xarici işlər nazirinin Azərbaycanda keçirdiyi görüşlərdən yazıb

Azərbaycan bizim üçün vacib tərəfdaşdır və ölkələrimiz arasında əməkdaşlığımızı uğurla inkişaf etdiririk. Azərbaycan Litvanın Cənubi Qafqazda ən böyük ixrac bazarıdır.


RezonansPress.az Litva mətbuatına istinadla xəbər verir ki, bu sözləri ölkənin xarici işlər naziri Qabrielius Landsbergis Azərbaycanda səfəri zamanı söyləyib.

Nazir Qabrielius Landsbergis Litvanın Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələrin daha sıx şəkildə qurulmasında maraqlı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır.

Bildirilib ki, Litva diplomatiyasının rəhbəri Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və bu ölkənin digər rəsmiləri ilə görüşlər keçirib.

Qeyd edilib ki, iki ölkənin nümayəndələri arasında Litva-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi perspektivləri, Aİ-nin "Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin payızda nəzərdə tutulmuş görüşə hazırlıqları, bölgədəki təhlükəsizliyə dair vəziyyət və beynəlxalq siyasətin digər aktual mövzuları müzakirə edilib.

Bildirilib ki, keçirilən görüşlər zamanı Litvanın islahatlar təcrübəsinin Azərbaycana ötürülməsi üzrə fəal prosesə (Litvanın nazirlikləri və idarələri Aİ-nin Azərbaycanda 12 "analoji layihəsinə” cəlb olunublar) və Azərbaycan gənclərinin Litva universitetlərində təhsil almaları üzrə marağına diqqət yetirilib.

Nazir Qabrielius Landsbergis Azərbaycanın nümayəndə heyətləri ilə təşkil edilmiş görüşlər zamanı Litvanın Dağlıq Qarabağda davamlı və uzunmüddətli sülhün təmin edilməsində maraqlı olduğunu və bunun Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə imkan verəcəyini vurğulayıb.

Ermənistan və Gürcüstanda olmuş Q.Landsbergisin Cənubi Qafqaz ölkələri üzrə rəsmi səfərinin Azərbaycanda başa çatdığı qeyd olunub.

Xəbər lenti