Koronavirusun aktiv dövründə peyvənd vurulmamalıdır

Koronavirusun aktiv dövründə peyvənd vurulmamalıdır

Bakı, 17 may, RezonansPress.az


Ölkəmizdə 18 yaşından yuxarı hər kəs yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd oluna bilər.

RezonansPress.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Bəylər İmanov deyib: "Məlumdur ki, əksər ölkələrdə, həmçinin Azərbaycanda, 18 yaşına qədər olanlara peyvənd vurulmur. Son vaxtlar aparılan araşdırmalar nəticəsində sübut olunub ki, uşaq və yeniyetmələr çox az hallarda virusa yoluxur və çox az hallarda da daşıyıcı olurlar. Elə körpələr var ki, dünyaya genetik anomaliyalarla doğulurlar və onlar risk qrupunda hesab edilirlər. Onların həyatını qorumaq üçün hazırda peyvəndlər işlənilib hazırlanır. Burada əsas məqsəd peyvəndin səmərəliliyi və təhlükəsizliyidir”.

Həkim-terapevtin dediyinə görə, xəstəliyin aktiv dövründə peyvənd vurulmamalıdır: "Yoluxmadan sağalandan sonra təxminən altı ay xəstələnmə halı baş vermir və ya təkrar xəstələnənlər çox az faiz təşkil edir. Yalnız xəstəlikdən ən azı altı ay keçəndən sonra peyvənd vurdurmaq haqqında düşünmək olar”.

Xəbər lenti