İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub

Tokio, 26 iyul, RezonansPress.az 


İyulun 26-da İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

RezonansPress.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Agentliyi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Qorontalo şəhərindən 183 kilometr cənub-qərbdə, ocağı 20 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Xəbər lenti