İLHAM ƏLİYEVİN ŞUŞADA HEYKƏLİ UCALDILSIN

İLHAM ƏLİYEVİN ŞUŞADA HEYKƏLİ UCALDILSIN

Milli Qəhrəman İbad Hüseynov "Azad Azərbaycan” qəzetinə eksklüziv müsahibə verib. O bildirib ki, 44 günlük Vətən Müharibəsində əldə olunan möhtəşəm Qələbənin müəllifi Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevdir.

 



Məhz onun titanik sərkərdəlik məharəti, diplomatik təcrübəsi və siyasi uzaqgörən qərarları, qətiyyətli addımları, cəsarəti və dəmir məntiqli fikir və mülahizələri sayəsində bu möhtəşəm qələbə əldə olunub.Onun gecə-gündüz bilmədən dünyanın aparıcı informasiya mənbələrinə verdiyi müsahibələr sayəsində Azərbaycan Respublikası ölkəmiz ətrafında yaradılmış informasiya blokadasını yardı. Ona görə də mən təklif edirəm ki, Qarabağın mərkəzi olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin ən uca və ən görkəmli yerində qalib Ali Baş Komandan, Azərbaycanın Prezidenti İlham Əliyevin hərbi paltarda, dəmir yumruğu düyünlənmiş halda böyük bir heykəli ucaldılsın.

Qöy gələcək nəsillər daim xilaskar sərkərdə İlham Əliyevin Vətən və dövlət qarşısında göstərdiyi xidmətləri həmin heykələ baxmaqla xatırlasın, düşmənlər isə hər dəfə həmin heykələ baxmaqla ibrət dərsi götürsünlər.


RezonansPress.az

Xəbər lenti