İbad Hüseynli : İkinci dünya savaşından sonra Covid-19 pandemiyası planetin ən qlobal problemi sayılır.

İbad Hüseynli :  İkinci  dünya savaşından sonra Covid-19 pandemiyası planetin ən qlobal problemi sayılır.
İkinci dünya savaşından sonra Covid-19 pandemiyası planetin ən qlobal problemi sayılır.
 
 Bəşəriyyəti cənginə alan bu bəla kimin kim olduğunu bir daha üzə çıxartdı. Hər bir millətin, eləcə də hər bir dövlətin immuniteti məlum oldu. Dünyanın aparıcı dövlətləri və toplumları deyildiyi kimi əzəmətli deyilmiş. ÜST-nın Covid-19-a qarşı mübarizə hesabatında Azərbaycan ön sıralarda yer tutur. Etiraf edək ki, bu nailiyyətlər cənab Prezident  İlham Əliyevin şəxsi keyfiyyətlərinin təzahürü kimi qəbul edilir. Burada qətiyyət, bacarıq, humanistlik həlledici rol oynayır. İlk gündən pandemiyanın ciddi nəzarət altına alınması, izolyasiya tədbiqi, tibbi sahənin dərhal gücləndirilməsi, insanların sağlamlığı naminə ən qəti addımların atılması və onların maddi durumunun yaxşılaşdırılması sözün əsl mənasında müdriklik əlamətidir. Dünya dövətlərinin öz vətəndaşına olan münasibəti bizlər tərəfindən diqqətlə izlənilir. Bu fərq bizə göstərilən insani münasibətə görə qürur verir. Karantin qaydalarına nəzarət edən DİN əməkdaşlarının prinsipial, amma son dərəcə nəzakətli rəftarı, fəaliyyətinə icazə verilən sahədə çalışan insanlarımızın fədakarlığı cənab Prezidentin sayəsində yaranmış, Azərbaycan xalqının monolitliyinə bariz nümunədir.
 
İbad Hüseynli
"Azərbaycan Bayragı"  ordenli

Xəbər lenti