“Gələcəyimizi qoruyaq!” aksiyasına start verilib

“Gələcəyimizi qoruyaq!” aksiyasına start verilib

 




 

Azərbaycan Respublikası Gənclər Fondu, UNICEF-in Azərbaycan nümayəndəliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqı "Gələcəyimizi qoruyaq!” aksiyasına start veriblər.

Gənclər Fondundan  bildiriblər ki, paytaxt da daxil olmaqla, respublikanın 33 şəhər və rayonunda keçirilən aksiyada uşaqları fiziki və mənəvi cəhətdən qorumaq, onlara diqqət və qayğı göstərmək məqsədilə, könüllülər uşaqlara COVID-19 pandemiyasından qorunmaq üsullarını əyləncəli şəkildə təsvir edən kitabçalar paylayır, xüsusən son dövrlərdə şəxsi gigiyenanın, sosial məsafə və maska istifadəsi kimi qaydalara əməl etməyin onların sağlamlığı üçün vacibliyini izah edirlər.

Daha öncə də vətəndaşların maarifləndirilməsi üçün müxtəlif genişmiqyaslı layihələr həyata keçirən Azərbaycan Könüllü Təşkilatları İttifaqı ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması və səmərəliliyinin gücləndirilməsi məqsədilə avqustun 20-də təsis olunub.

İttifaqın missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır.

 

RezonansPress.az

Xəbər lenti