Fransada koronavirusa qarşı peyvənd olunmayanlar işdən azad edilə bilərlər

Fransada koronavirusa qarşı peyvənd olunmayanlar işdən azad edilə bilərlər

Paris, 28 iyul, RezonansPress.az 


Fransada işçilər sanitar pasport təqdim etmədikləri təqdirdə işdən azad oluna bilərlər.

RezonansPress.az xəbər verir ki, bu barədə Fransanın əmək naziri Elizabet Born mətbuata açıqlamasında deyib. O bildirib ki, avqustun 30-dan sanitar pasport bütün işçilər üçün məcburidir. Əmək naziri təsdiqləyib ki, sanitar pasport təqdim etməyən işçi işdən azad oluna bilər. Həssas qrupdan olan insanlarla təmasdakı işçilər üçün peyvənd məcburiyyətinin olduğunu deyən E.Born qeyd edib ki, hədəf vaksinə inamı artırmaq və peyvənd olunmanı asanlaşdırmaqdır. Yeni qəbul edilmiş sanitar qanun layihəsi işçilərə iş vaxtı hesabına peyvənd olunma üçün icazə verir.

Xəbər lenti