Energetika naziri “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edir

Energetika naziri “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edir

Bakı, 13 oktyabr, RezonansPress.az 


Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Prezidentinin köməkçisi Anton Kobyakov və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə Rusiyaya səfər edib.

Energetika Nazirliyindən bildirilib ki, oktyabrın 13-15-də Moskva şəhərində təşkil olunan "Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək nazir "Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?” adlı sessiya üzrə müzakirələrə qatılacaq.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulur.

Xəbər lenti