Dünyada koronavirusdan sağalanların sayı 600 mini ötdü

Dünyada koronavirusdan sağalanların sayı 600 mini ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxmuş insanlar arasında sağalanların sayı 600 mini keçib.

Bu barədə onlayn statistikasında məlumat verilib.

Son ana olan informasiyalara görə, artıq virusa yoluxmuş 2 233 240 nəfərdən 600 323-ü sağalıb.

Ən çox sağalma halları olan ölkələr belə sıralanır:

Almaniya (88 min), İspaniya (74 min 797), ABŞ (68 min 285), İran (55 min 987), İtaliya (44 min 927) və Fransa (35 min 983).

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların 160 818 nəfəri ölüb.

Xəbər lenti