Bursada Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış rəsm sərgisinin açılışı olub

Bursada Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış rəsm sərgisinin açılışı olub

Bursa, 26 iyul, RezonansPress.az 


Görkəmli Azərbaycan şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbirlərin davamı olaraq Azərbaycan-Kipr Dostluq Cəmiyyəti tərəfindən Türkiyənin Bursa şəhərində təşkil olunan beynəlxalq konfrans çərçivəsində şairin əsərlərinə çəkilmiş rəsm sərgisinin açılışı olub.

RezonansPress.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil edilən sərginin açılışına Bursa şəhərinin və Uludağ Universitetin (UU) rəhbər şəxsləri, UU-nun təmsilçiləri, eləcə də Azərbaycan və Türkiyə başda olmaqla 6 ölkəni təmsil edən konfrans iştirakçıları qatılıblar.

Sərginin açılışından sonra nümayiş etdirilən əsərlərə baxış keçirilib.

Qeyd edək ki, görkəmli şairin həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfransın keçirilməsinə Bursa Böyükşəhər Bələdiyyəsi, Bursa Uludağ Universiteti, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və digər qurumlar tərəfindən dəstək verilib.

Xəbər lenti