"Bu, onun gözəl Qarabağa vurğunluğundan, sevgisindən irəli gəlir" - Milli Qəhrəman

Yüz dəfələrlə labüd ölümün pəncəsinə atılaraq, ən ağır döyüş tapşırıqlarını yerinə yetirdim, heç zaman qorxmadım, həyacan keçirmədim. Amma etiraf edim ki, dünən çox həyacanlı idim. Bu  həyacanı illər öncə, toyum günü Ulu Öndərin mənə şəxsən zəng edib təbrik etdiyi gün, həmin unudulmaz saniyələr ərzində keçirmişəm. Və birdə dünən. 
   
Oktyabr mənim üçün ən əlamətdar aylardan biridir. Oktyabrın 3-ndə Ulu Öndərin Prezident səlahiyyatlərinə başladığı ilk gündür, Xocavənd bu ayda işğal olunub və azad edilib. Həmin gün Ulu Öndərin məni Azərbaycan Bayrağı ordeni ilə təltif etdiyi gündür, Azərbaycanın Dövlət müstəqilliyini bərpa etdiyi gün- 18 oktyabr tarixi və yenə də  mənim doğum günümə təsadüf edir. Və ən nəhayət dünən- 9 oktyabr tarixində, Hadrut qəsəbəsinin işğaldan azad edilməsilə bağlı təşkil edilən dövlət tədbirində ilk dəfə  müzəffər Ali Baş Komandanla canlı təmasda oldum. Onu da etiraf edim ki, elə ilk saniyələrdə həyacan dərhal yox oldu. Cənab prezident sadəliyi, səmimiyyəti və xoş rəftarı ilə sözün əsl mənasında məni məftun etdi. Sanki həmsöhbətim o deyildi - XXI əsr yeni dövr müharibə elminə imza atmış, ən mükəmməl ordunun, silahlı qüvvələrin  44 gün ərzində heç kimin inana bilmədiyi, mümkün olmayanı reallığa çevirməyi bacaran, bununla regionda, bəlkə də dünyada yeni geosiyasi dünya düzəninə birbaşa təsir göstərən  qalıb ordunun Ali Baş Komandanı, bütün dünyanı özü ilə hesablaşmağa məcbur edən yenilməz siyasətçi. Bu şəxsiyyətlə təmas qurmaq açığı, böyük məsuliyyət tələb edir. Məni ən çox təəcübləndirən prezidentin  həddən artıq sadə, duyğusal olmasıdır. Vaxtının çoxunu işğaldan azad edilmiş torpaqlara həsr etməsi onun gözəl Qarabağa vurğunluğundan, sevgisindən irəli gəlir. Hadrut qəsəbəsindən 12 kilometr aralıda yerləşən qədim Tuğ kəndinə səfərimiz zamanı, bu kəndi hamıdan yaxşı tanıması ilə prezident yenə də hamını təəccübləndirdi. 
   
Son dərəcə böyük hərbi- strateji əhəmiyyətə malik Hadrut qəsəbəsinin geri alınması Qarabağın dağlıq ərazisinə və finalda Şuşamızın azad olunmasına gətirib çıxardı. Bu elə bir fantastik qələbə oldu ki dünyanın ən aparıcı dövlətlərinin ordu qərargahları hələ uzun illər Azərbaycan təcrübəsinə istinad edəcək və bu müharibə təqdiqat obyektinə çevriləcək. Burada indiyədək mövcud olan elmi- hərbi nəzəriyyələr və təsəvvürlər tamamılə alt-üst oldu. Ermənilər də tədricən etiraf edirlər ki, Qarabağın azad olunması Azərbaycanın haqqı idi: çünki Azərbaycanın prezidenti bu yolda  mümkün olan bütün zəruri addımları atdı. Azad olunmuş torpaqların nəhəng tikinti meydanına çevrilməsi də İlham Əliyev zəkasının məhsuludur. Biz İlham Əliyev şəxsində sübut etdik ki, Azərbaycan lideri "dəmir yumruğa”malik olmaqla yanaşı, həm də qurub- yaradan kimi də tarixə düşüb. Belə liderə malik olan xalq, dövlət, xariqələr yaratmağa qadirdir. Əgər Ulu Öndər Heydər  Əliyev müasir Azərbaycanın  memarıdırsa, prezident İlham Əliyev Qarabağımızı bizlərə qaytarmış və onu laləzara döndərəcək Lider kimi tarixdə əbədi qalacaq. Böyük şəxsiyyət Heydər Camal apardığı tədqiqatlarına əsasən bildirir ki, qədim Türk xalqarında qara sözü "böyük, əzəmətli” deməkdir və Qarabağ  əslində böyük bağ anlamını verir. Heç kimin şübhəsi olmasın ki, ən yaxın zaman kəsiyində Qarabağımız əvvəlki füsunkar gözəlliyini bərpa edəcək, daha da inkişaf edərək sözün əsl mənasında dünyanın ən böyük, ən gözəl bağına – Cənnət Bağına çevriləcək. Bütün bu fantastik hərbi, elmi, iqtisadi nailiyyətləri bizlərə bəxş edən Odur -  Müzzəffər Ali Baş Komandan, əvəzedilməz lider və dahi siyasətçi İlham Əliyev cənabları!
 
Azərbaycanın Mili Qəhrəmanı İbad Hüseynov
RezonansPress.az

Xəbər lenti