BMTM-in adı bir neçə kateqoriya üzrə “2020 Qlobal Beyin Mərkəzi İndeksi”nə daxil edilib

BMTM-in adı bir neçə kateqoriya üzrə “2020 Qlobal Beyin Mərkəzi İndeksi”nə daxil edilib

Bakı, 4 may, RezonansPress.az  


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin adı ABŞ-ın nüfuzlu Pensilvaniya Universitetinin nəzdində fəaliyyət göstərən "Lauder” İnstitutunun Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı tərəfindən tərtib olunmuş "2020 Qlobal Beyin Mərkəzi İndeksi”nə daxil edilib.

BMTM-in mətbuat xidmətindən bildiriblər ki, Mərkəz indeksdə bir neçə kateqoriya üzrə yer tutub. Hesabata əsasən, BMTM 2020-ci ildə "Hökumətə bağlı ən yaxşı beyin mərkəzləri 2020” (2020 Best Government-Affiliated Think Tanks) kateqoriyası üzrə 28-ci, "Mərkəzi Asiyada fəaliyyət göstərən ən yaxşı beyin mərkəzləri 2020” (2020 Top Think Tanks in Central Asia) kateqoriyası üzrə 43-cü, "Ən səmərəli təbliğat kampaniyaları 2020” (2020 Best Advocacy Campaign) kateqoriyası üzrə 53-cü, "Ən yaxşı idarə olunan beyin mərkəzləri 2020” (2020 Best Managed Think Tanks) kateqoriyası üzrə 55-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Pensilvaniya Universitetinin nəzdindəki "Lauder” İnstitutunun Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı beyin mərkəzlərinin reytinq cədvəlini 2006-cı ildən etibarən tərtib edir.

Xəbər lenti