Beynəlxalq Gənclər Günü münasibətilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə onlayn yarış keçirilib

Beynəlxalq Gənclər Günü münasibətilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə onlayn yarış keçirilib

Bakı, 10 avqust, RezonansPress.az 


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə onlayn yarış keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, oyunda 35 komandanın tərkibində 350 gənc iştirak edib. İştirakçılar dünyagörüşü, Azərbaycanın tarixi, məntiq və digər mövzularda sualları cavablandırıblar.

Böyük maraqla qarşılanan yarışın sonunda qalib komandalar elan edilib. Yarışın qalibləri Baş İdarə tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılacaqlar.

Xəbər lenti