Barselonada 28 May – Respublika Gününə həsr olunmuş bilbordlar quraşdırılıb

Barselonada 28 May – Respublika Gününə həsr olunmuş bilbordlar quraşdırılıb

Bakı, 10 iyun, RezonansPress.az 


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə İspaniyanın Barselona şəhərindəki metronun müxtəlif platformalarında 28 May – Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Kömitəsinin mətbuat xidmətindən bildirilib ki, bilbordlarda Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğu, 28 may tarixinin ölkəmizdə Respublika Günü kimi qeyd edildiyi diqqətə çatdırılıb. İşğaldan azad olunmuş torparlarımızın, Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda ölkəmiz barədə digər məlumatlar da yerləşdirilib.

Qeyd edək ki, hər gün on minlərlə insanın istifadə etdiyi metroda Barselona Metropoliteninin əvvəlcədən müəyyənləşdirdiyi cədvəl üzrə yerləşdirilən bilbordlar 1 ay müddətində nümayiş olunacaq.

Xəbər lenti