Atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində protokol tərtib olunub

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində protokol tərtib olunub

Bakı, 18 iyun, RezonansPress.az 


Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, tədbir zamanı 40-dan artıq avtomobil saxlanılıb. Xüsusi cihazlar vasitəsilə həmin avtomobillərdəki zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.

Yol polisi əməkdaşları həmin avtomobillərin sahibləri ilə izahedici söhbətlər aparıblar. İxrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.

Xəbər lenti