Aprel Azərbaycanda pik nöqtə olacaq, əsas bu ayı keçirməkdir... – Professor

Aprel Azərbaycanda pik nöqtə olacaq, əsas bu ayı keçirməkdir... – Professor

"Düşünürəm ki, virus Azərbaycanda aprel ayında pik həddə olacaq".


Bunu açıqlamasında professor Adil Qeybulla deyib. Onun fikrincə, may ayında koronavirus pandemiyasının səngiməsi müşahidə olunacaq:


"İyun ayında artıq virus müşahidə olunmayacaq. Təbdirlər düzgün aparılsa və karantin şərtlərinə əməl olunsa, iyun ayında virus öləcək. Ona kimi "evdəqal" kampaniyasının davam edəcəyini düşünmürəm. Ən vacibi aprel ayının 20 günün keçirməkdir. İnfeksiyanın qarşısını alan ən əsas tədbir təmasların məhdudlaşdırılmasıdır".

 

Adil Qeybulla vaksin olmadan koronavirus pandemiyasından sağalan xəstələrdən də danışıb:

 

"Vaksin illuziyası boş şeydir. Uyun ayından sonra bu virusun sönməsinin şahidi olacağıq. Vaksinasiya bir sənayedir. Onun hazırlanması zaman məsəlidir. Gələn il bu virus artıq olmayacaq. İndi hazırlanacaq olan vakisinin əhəmiyyəti olmayacaq . Ona görə də vaksin illuziyasına qapılmaq lazım deyil. Bu barədə çox danışırlar. Bu gün məqsədimiz virusla mübarizə olmalı və tez bir zamanda bu bəladan uzaq olmalıyıq".

Xəbər lenti