Agentlik: Respublikamızın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası yüksələn xətlə inkişaf edir

Agentlik: Respublikamızın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası yüksələn xətlə inkişaf edir

Bakı, 17 may, RezonansPress.az


Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.

RezonansPress.az xəbər verir ki, bu barədə Azərbaycan İnnovasiyalar Agentliyi məlumat yayıb.

"Mayın 17-si dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.

Azərbaycanda İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi istiqamətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mühüm layihələr həyata keçirməkdədir. Respublikamızın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası yüksələn xətlə inkişaf edir”, - deyə məlumatda bildirilib.

Xəbər lenti