ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiyaya səfəri başlayıb

ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiyaya səfəri başlayıb

Moskva, 12 oktyabr, RezonansPress.az 


ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiyaya səfəri başlayıb.

RezonansPress.az xəbər verir ki, səfərinin ilk günü V.Nuland Rusiya XİN-ə gəlib. Burada onun xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşü baş tutacaq.

Səfər çərçivəsində ABŞ rəsmisinin Kreml administrasiyası rəhbərinin müavini Dmitri Kozak və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə də görüşləri gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə ABŞ-ın Rusiyanın bir sıra məmurlarına qarşı sanksiya tətbiq etməsinə cavab olaraq V.Nulandın adı Rusiya XİN-in "qara siyahısı”na daxil edilmişdi. ABŞ-ın sanksiya siyahısında olan bir neçə diplomata viza vermək razılığından sonra Nulandın adı həmin siyahıdan çıxarılıb.

Xəbər lenti