® “Kapital Bank” 2021-ci ilin ikinci rübünün nəticələrini elan edib

® “Kapital Bank” 2021-ci ilin ikinci rübünün nəticələrini elan edib

"Kapital Bank”ın aktivləri iyulun 1-nə 5,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,3 milyard manat, bankda müştəri depozitlərinin həcmi 4,4 milyard manat olub.

Bankın tutulmalardan sonra məcmu kapitalı 588 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, "Kapital Bank” "Moody's” və "Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan "Kapital Bank” "PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Xəbər lenti