Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin işıqlı fəaliyyəti iki dövlət arasında dostluq, əlaqələrinin inkişaf yolunda xüsusi rol oynadığı göz önündədir

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin işıqlı  fəaliyyəti  iki dövlət arasında dostluq, əlaqələrinin inkişaf yolunda  xüsusi   rol oynadığı göz önündədir

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin işıqlı  fəaliyyəti iki dövlət arasında dostluq, əlaqələrinin inkişaf yolunda  xüsusi  rol oynadığı göz önündədir...



          

Azərbaycan və  Özbəkistan  dostluğunun böyük  tarixi kökləri vardır. Amma  dostluqların  daha da möhkəmlənməsi,  inkişafı    zaman və   səbr  istəyir.  Yaradıcı insanların  şəxsiyyəti onların  gördükləri işlərdə,  atdıqları  addımlarda bəlli  olur.  İnsan harda olursa, olsun özlüyündə, daxilində, əməllərində  kimliyini göstərir. 

        Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin   işıqlı fəaliyyəti  iki dövlət arasında dostluq əlaqələrinin inkişafı yolunda xüsusi   rol oynadığı   göz önündədir. Bu baxımdan Özbəkistanda  Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun  zəhməti, əziyyəti  mərkəzin inkişafındakı   uğurlardan bəlli olur. Mərkəz iki qardaş ölkə arasında mədəni-humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədilə müxtəlif tədbirlər, proqramlar,  ikitərəfli əməkdaşlığa yol açan layihələr həyata keçirir.  Mərkəz, əslində,  iki qardaş  dövlətin Özbəkistan-Azərbaycan dostluğunun nümunəvi  təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluğu muzeyi də fəaliyyət göstərir. Azərbaycanın və Özbəkistanın dostluq muzeyində toplanmış eksponatlar ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrdən, habelə bu gün inkişaf edən münasibətlərimizin nəticəsidir. Müstəqil ölkələr kimi, Özbəkistan və Azərbaycanın son illər əməkdaşlığı  daha da yüksək səviyyədə  inkişaf edir.

 


    Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başladıqdan sonra iki ölkə arasındakı mədəni-ədəbi əlaqələrdə mühüm işlər həyata keçirilib, çoxsaylı layihələr reallaşdırılıb. Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında humanitar, mədəniyyət sahəsində əlaqələri möhkəm təməllər üzərində qurub.  Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı, Respublikanın vilayətlərində, böyük şəhərlərində ilk dəfə olaraq Azərbaycan mədəniyyət, ədəbiyyat, musiqi, muğam günləri, çoxsaylı konfranslar, dostluq konsertləri təşkil edilir, Azərbaycan mövzusunun Özbək mətbuatında aparıcı mövzu olduğunu, Özbək dilində isə Azərbaycan ədəbiyyatına dair xeyli nəşrlərin işıq üzü gördüyünün şahidi oluruq.


   2018 ci ildə  əfsanəvi kəşfiyyatçı, Türk Dünyasının qəhrəmanı İbad  Hüseynov Özbək tarixçisi –tədqiqatçısı  Şöhrət  Barlas tərəfindən   Özbəkistana dəvət  edilən zaman,   uğurlu fəaliyyəti  ilə diqqət  çəkən   Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olduq və Mərkəzin  rəhbəri   Samir Abbasovu tanıdıq . Səmimi insan, gözəl layihələrin müəllifi və icraçısı Samir Abbasov   mərkəzin fəlaiyyətindən, gördükləri   maraqlı   layihələrdən danışmışdı.  Mərkəzi Özbəkistanda yaşayan soydaşlarımız üçün də müqəddəs bir ocaq olduğunu bildirmişdi .

  Son illər Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə   bir çox işlər  görülmüş,   sənədli filmlər  çəkilmiş, Qarabağ  mövzusunda  musiqi  albomları  hazırlanmışdır. Bununla  yanaşı   bir çox  layihələr  üzərində işlər  görülür   və yeni-yeni   layihələrə  start verilir.  Bu il Mərkəzin yaranmasından 10 il keçir.   Azərbaycanın zəngin mədəniyyətinin, qədim tarixi barədə olduqca maraqla və şərəflə təbliğ edən Mərkəzin rəhbəri Samir Abbasovu   və  mərkəzin kollektivini    təbrik edirik.  Növbəti 10  illiklər  arzusuyla işlərində  uğurlar  arzulayırıq.

      Qeyd   edək   ki, 2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak etmişlər. Prezident İlham Əliyev mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşdur. Bina ilə tanışlıq zamanı azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək dostluq muzeyləri fəaliyyətı  haqqında məlumat  verilmişdir. Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev muzeyi ilə tanış olmuşdur. Muzeydə ümummilli lider həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri toplanmışdır.
   Azərbaycanın dövlətçilik tarixi muzeyi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə vaxtilə 400 min kvadratkilometr ərazisi olan respublikamızın xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verilmişdi. Prezident İlham Əliyevə mərkəzin fəaliyyəti haqqında    geniş məlumat verilmişdir.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev çıxış  etmiş, sonra  Azərbaycan diasporunun üzvləri ilə görüşmüş, sonda  xatirə şəkilləri  çəkdirmişlər.




Gülşən Behbud

 

Milli Dəyərlər üzrə Maarifləndirmə  İctimai  Birliyinin sədri

Prezident  təqaüdçüsü

 

RezonansPress.az

 

 

 

 

 

 

 


 

Xəbər lenti