Yaponiyanın cənubuna güclü tufan yaxınlaşır

Yaponiyanın cənubuna güclü tufan yaxınlaşır

Tokio, 9 sentyabr, RezonansPress.az 


Bir neçə gün bundan əvvəl Sakit okeanda, Filippin yaxınlığında əmələ gələn "Çansu” tufanı çox güclənib və Yaponiyanın cənubunda yerləşən Okinava adalarına yaxınlaşır.

RezonansPress.az xəbər verir ki, bu barədə sentyabrın 9-da Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Tropik qasırğaya "dağıdıcı” statusu verilib. Hazırda onun mərkəzində küləyin sürəti saniyədə 15 metrə, şiddətli əsdikdə isə 20 metrə çatır. Proqnozlara əsasən, tufanın sentyabrın 12-də və ya 13-də Sakişima adalarına çatacağı gözlənilir.

Bununla əlaqədar meteoroloqlar sahil ərazilərində güclü küləyin, leysan yağışların və hündür dalğaların əmələ gələcəyi barədə xəbərdarlıq ediblər.

Xəbər lenti