"Yalçın Topçu bir şərtlə razılaşdı ki, bunu ilk dəfə Azərbaycanda keçirəcəyik"

  "Yalçın Topçu bir şərtlə razılaşdı ki, bunu ilk dəfə Azərbaycanda keçirəcəyik"

 

 

 Noyabrın  25-də  Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Yerli Düşüncə Dərnəyinin, TİKA agentliyinin, təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə "5-ci Türk Filmləri Həftəsi – Bakı”nın açılış mərasimi kecirildi. 

 

 

Açılış mərasiminə Türkiyədən gələn AK Parti Ordu millət vəkili, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Yerli Düşüncə Dərnəyinin baş direktoru Metin Gündoğdu, "Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorları Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, "Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, "Kapan” filminin rejissoru Seyid

 

 

Çolak, ssenaristi Güven Adıgüzel, "Annem” filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali, SETEM Baş Direktoru Mehmet Güleryüz, "Star” qəzetinin mədəniyyət-sənət redaktoru Bedir Acar, "Türk Filmləri Həftəsi"nin lahiyə assistenti Fatma Gezer ve "Türk Filmləri Həftəs"inın baş koordinatoru Öner Kılıç qatıldılar. Tədbirə Azərbaycandan millət vəkilləri, media nümayəndələri, aktiyorlar, rejisorlar qatılıb

 

 

 

Açılış mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat zalında KİV nümayəndələri üçün mətbuat konfransı keçirildi. Daha sonra isə rejissor Şükrü Alaçamın "Locman” bədii filmi nümayiş olundu.

 

"Türk Filmləri Həftəs"inın baş koordinatoru Öner Kılıc Mətbuata açıqlamasında ötən illərdə də Bakıda türk film həftələrinin keçirildiyini və tamaşaçıların marağına səbəb olduğunu deyib.

 

"Belə tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsinə xidmət edir. Məqsəd türk dünyası filmi ilə bağlı forum yaratmaq, ortaq tük dünyası kinosu formu olaraq rejissorlar, ssenaristlər, pradüsserləri bir mərkəzdə birləşdirərək ortaq mədəniyyəti, dili olan topluluqların ortaq sənət əsərlərini yaratmaqdır.  

Türk filmləri bütün dünya festivallarına qatılır, tanınır, amma niyəsə bizə yaxın olan, doğma olan digər türkdilli xalqların yaşadığı yerlərə getmirdi. Bu məsələ ilə bağlı bir film festivalı düşünürdüm. Yadımdadır ki, bununla bağlı Mədəniyyət və Turizm naziri,  prezidentin baş məsləhətçisi olmuş Yalçın Topçuya bəyə danışdım. Amma bir şərt dedi .Yalçın bəy layihənin əvvəlcə Azərbaycanda keçirilməsini istədi. Biz də razılaşdıq və hazırlaşmağa başladıq. 2015-ci ilin noyabr ayında ilk dəfə Azərbaycanda Türk filmləri həftəsi keçirtdik. Artıq Azərbaycanda noyabr ayı Türk filmləri ayı oldu. Bu il beşincisini keçiririk. Sevinirəm ki, illər keçsə də insanların marağı hələ də azalmayıb"

 

Qeyd edək ki, Film Həftəsi ərzində noyabrın 26-da "Locman” filmi, 19-00-da "Kapan”; noyabrın 27-də saat 17:00-da "Annem”,19-00-da "Çakallarla dans 5”; noyabrın 28-də saat 17:00-da "Çakallarla dans 5”, 19-00-da "Kapan”; noyabrın 29-da saat 17:00-da "Rafadan Tayfa” 19-00-da "Annem” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

 

 

 

RezonansPress.az

 


Xəbər lenti