XAÇMAZ POLİSİ ONLARIN BAYRAM SEVİNCİNƏ QOŞULDU

XAÇMAZ POLİSİ ONLARIN BAYRAM SEVİNCİNƏ QOŞULDU
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan aztəminatlı ailələrin bayram sevinclərinə şərik olublar.
Şöbə əməkdaşları rayonda maddi cəhətdən imkanları zəif olan, eləcə də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrin qonağı olublar. Polislər qonaq olduqları evlərdə ailələrin problemləri ilə maraqlanıblar, onlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar, azyaşlılara isə bayram hədiyyələri təqdim ediblər.
Novruz Bayramı münasibətilə hər bir ailəni təbrik edən Xaçmaz RPŞ-nin əməkdaşları ev sahibləri ilə xatirə şəkilləri çəkdiriblər.
Həmin ailələr Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə öz təşəkkürlərini bildiriblər.

Xəbər lenti